Güclü təsiredici maddələrin ölkədən çıxarılmasının qarşısı alınıb
Xaçmaz Gömrük İdarəsinin “Şirvanovka” gömrük postunda Azərbaycandan Rusiyaya gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı, vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) “Tramadol 50 mq” və 1 konvalyut (7 həb) “Tramadol HCI 150 mq” markalı dərman preparatları aşkar olunub.
Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
1news.az
692