Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bu gün paytaxtın bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Babək Cahandarov
356