Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

22:51 - 30 / 11 / 2017
Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bağlamada olmaqla, xalis çəkisi 84,483 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər