Novruz Məmmədov: BMT başda olmaqla beynəlxalq təşkilatlar proseslərin arxasınca sürünürlər | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: BMT başda olmaqla beynəlxalq təşkilatlar proseslərin arxasınca sürünürlər

14:00 - 04 / 12 / 2017
Novruz Məmmədov: BMT başda olmaqla beynəlxalq təşkilatlar proseslərin arxasınca sürünürlər

Beynəlxalq aləmdə gedən prosesləri  izlədikdə, təəssüflər olsun, belə qənaətə, nəticəyə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, İttifaqlar və planetin aparıcı ölkələri, liderlər hadisələrin, proseslərin qarşısını almaq, onları qabaqlamaq əvəzinə onların arxasınca sürünürlər.

1news.az  xəbər verir ki, bunu öz Tvitter hesabında  Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov yazıb.

N.Məmmədov qeyd edib: “İntellekt və inkişafın indiki səviyyədə olduğunu nəzərə aldığımız zaman – belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir. Beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də bu xarakterlidir”.

P.Sultanova

Paylaş:
776

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər