Nalbandyan həmsədrlərlə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Nalbandyan həmsədrlərlə görüşüb

17:38 - 06 / 12 / 2017
Nalbandyan həmsədrlərlə görüşüb

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vyanada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan öz “Tvitter” hesabında yazıb.

Görüşdə Minsk qrupunun hər üç həmsədri İqor Popov(Rusiya), Stefan Viskonti(Fransa), Riçard Hoqland(ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Görüşdə  Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.

Həmsədrlər, həmçinin bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşəcəklər.

1news.az 

 

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər