AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

22:42 - 14 / 02 / 2018
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

1news.az-ın xəbərinə görə, iclasda akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqda məruzə ilə çıxış edib. O bildirib ki, 2017-ci ildə bölmənin elmi müəssisələri tərəfindən 3-ü xaricdə olmaqla, 67 kitab, 6-sı xaricdə olmaqla, 100 monoqrafiya nəşr olunub. Akademik qeyd edib ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 22, elmlər doktorluğu üzrə 1 dissertasiya işi müdafiə edilib: "Hazırda bölmədə 32 əyani, 38 qiyabi doktorant və 174 dissertant təhsil alır. Magistratura üzrə isə 2 nəfər təhsilini davam etdirir".

Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib.

İclasda Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi barədə qərar verilib. Daha sonra AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edib. O deyib ki, Naxçıvanda 27 faydalı bitki qrupu müəyyən edilib: "Dərman bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılıb və bölmənin "Yaşıl aptek"inə, habelə muxtar respublikada fəaliyyət göstərən bəzi apteklərə verilib".

Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qəbul edib.

1news.az

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər