Əfv Komissiyasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
1news.az-ın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.
İndiyədək keçirilən iclaslarda 400-ə yaxın müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.
1news.az
245