Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib – FOTO

12:09 - 22 / 02 / 2018
Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib – FOTO

Fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən olan təntənəli mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının üzvləri iştirak ediblər.

Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri, general-leytenant Aleksey Buyerov çıxış ediblər.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti, ölkəmizin dövlət maraqlarının ardıcıl və məqsədyönlü müdafiəsi sayəsində Rusiya Federasiyası ilə dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzrə fəaliyyətin artıq son mərhələyə qədəm qoyduğu xüsusi vurğulanıb. Bu hadisənin Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlərin mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinin növbəti göstəricisi olduğu qeyd edilib. Həmçinin dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdıralacağına əminlik ifadə olunub.

Sonra Xələf Xələfov və Vadim Postnov Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasına dair Protokolu imzalayıblar.

S.Xankişiyeva

Paylaş:
743

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər