İki uşaq anasını zorlayıb öldürənə ağır cəza | 1news.az | Xəbərlər
Cəmiyyət

İki uşaq anasını zorlayıb öldürənə ağır cəza

17:03 - 27 / 02 / 2018
İki uşaq anasını zorlayıb öldürənə ağır cəza

Sumqayıtda iki uşaq anasını zorlayıb öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin məhkəməsi bitib.  

1news.az lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Fəttah Nuriyev 20 il müddəti azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Leylanı (ad şərtidir) qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, ötən il Fəttah sərxoş vəziyyətdə olarkən Sumqayıtda  “Göyərçin” abidəsi tərəfdə səhər idmanı edən Leylanı görüb.  O, qadının üzərində qızıl-zinət əşyalarını ələ keçirmək istəyib. Bunun üçün Fəttah qadını gördüyü yerdən təqribən 500 metr məsafə qət edərək cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.  O, havanın qaranlıq və qadının dayandığı ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum edib. Təqsirləndirilən şəxs qadını yerə yıxaraq, ona bir neçə zərbə vurub. Leylanın səsi çıxmasın deyə, onun ağzından tutaraq sıxıb. F.Nuriyev qadını sürüyərək gül kollarının arasına aparıb. Alışqanı ilə qadının sırğalarının qızıl olmadığını görüb, ona qarşı quldurluq niyyətini sona çatdıra bilməyib.

O, bundan sonra cinayət əməlini davam etdirərək qadınla cinsi əlaqədə olmaq qərarına gəlib, qadının gücsüz olmasından istifadə edərək onu soyundurub və kolluqda təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra isə qadının ağzını torpağa sıxıb, onun qarın boşluğuna zərbələr endirərək qəsdən öldürüb. Qadın boğularaq hadisə yerindəcə ölüb.

Fəttha Nuriyev idmançı olub. Ona Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci(zorlama), 1501.1 (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (Zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham verilib.

1news.az

Paylaş:
507

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər