BANM və ASAN Könüllülük Məktəbinin1-ci Karyera sərgisinin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM və ASAN Könüllülük Məktəbinin1-ci Karyera sərgisinin açılışı olub

11:57 - 01 / 03 / 2018
BANM və ASAN Könüllülük Məktəbinin1-ci Karyera sərgisinin açılışı olub

Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 1-ci Karyera Sərgisinin açılışı baş tutub.

1news.az-a BANM-dan verilən məlumata görə, ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və BANM-ın birgə təşkilatçılığı ilə həyata keçirilən sərgiyə BANM-ın rektoru Elmar Qasımov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da qatılıblar. 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öz çıxışında bu sərginin neçə-neçə potensiallı gəncin həyatında bir dönüş nöqtəsi olacağını vurğulayıb və BANM-ın bu hadisədə bir payının olmasından çox şad olduğunu bildirib. Rektor qeyd edib ki, bu gün gənclərin işsizlik problemlərinin aradan qaldırılması üçün ölkədə böyük addımlar atılır və BANM bu istiqamətlə dövlətimizə və gənclərimizə hər zaman dəstək olmağa hazırdır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təşkil olmuş sərgi haqqında öz fikirlərini bildirərək, ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin gənclərin təcrübə keçmələri və işlə təmin olunmaları istiqamətində gördüyü işlərdən danışıb. İnam Kərimov qeyd edib ki, bu günə kimi ASAN könüllülərinin vakansiya bürosu olan www.asankadr.az vasitəsi ilə 900-dən çox könüllü müxtəlif dövlət və özəl müəssisələrdə işlə təmin olunub.

ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin rəhbəri Ləman Əhmədova layihənin əsas məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu sərgi yüzlərlə gənc üçün yeni iş imkanları, təcrübə proqramları vəd edir.

Daha sonra  Elmar Qasımov və İnam Kərimov sərgidə iştirak edən şirkətlər və onların nümayəndələri ilə tanış olublar.

Qeyd edək ki, BANM və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin ilk layihəsi olan 1-ci Karyera Sərgisinə şirkətlər tərəfindən də böyük maraq göstərilib. Belə ki, 50-dən çox nüfuzlu yerli və transmilli şirkətlər sərgiyə qatılıb. Bu, sərgiyə üz tutan yüzlərlə gəncə həmin şirkətlərin insan resurları üzrə mütəxəssisləri ilə münasibət qurmaq və yeni iş imkanlarını dəyərləndirə bilmək üçün böyük şans yaradılıb.   

1news.az

Paylaş:
629

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər