“Baharı birlikdə qarşılayaq” adlı rəsm sərgisi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baharı birlikdə qarşılayaq” adlı rəsm sərgisi açılıb - FOTO

20:09 - 05 / 03 / 2018
“Baharı birlikdə qarşılayaq” adlı rəsm sərgisi açılıb - FOTO

Martın 3-də Bakıdakı Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagirdlərinin əl işlərindən ibarət “Baharı birlikdə qarşılayaq” adlı sərginin açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Əziz Qarayusifli çıxış edərək son illər tədris ocağının qazandığı uğurlardan bəhs edib. Direktor sərginin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihənin ərsəyə gəlməsində məktəbin müəlliməsi Nigar Şıxəliyevanın böyük zəhməti var.

Bildirilib ki, sərgidə 30-dək şagirdin müxtəlif mövzularda 70-ə yaxın rəsm əsəri yer alıb. Əsərlərdə əsas yeri bahar mövzusu tutur.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Tədbir bədii kompozisiya ilə davam edib. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqilər səsləndirilib, rəqslər nümayiş olunub.

Sonda sərgi iştirakçılarına diplom və hədiyyələr təqdim edilib.

1news.az

Paylaş:
1138

Son xəbərlər

Bütün xəbərlər