İstintaq təcridxanasına narkotik maddənin keçirmək istədilər | 1news.az | Xəbərlər
Cəmiyyət

İstintaq təcridxanasına narkotik maddənin keçirmək istədilər

1news Redaksiyası22:26 - 09 / 03 / 2018
İstintaq təcridxanasına narkotik maddənin keçirmək istədilər

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

1news.az-ın Xidmətə istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Şöhrət Vəlixan oğluna dostu Salyan rayon sakini Şirəliyev Asif Yadulla oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən sovqatda olan ədyalın içərisindən 0.463 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
704

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər