Meksika səfiri Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika səfiri Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub

15:02 - 12 / 03 / 2018
Meksika səfiri Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub

Martın 12-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, ilk növbədə, tərəflər hər iki xalqın yaxınlaşmasını təbliğ etmək üçün həyata keçirilən birgə tədbirlər haqqında danışdılar.

Rektor təhsil və mədəniyyət sahələrində əlaqələri gücləndirməyə dair səfirliyin bu təşəbbüsünə görə təşəkkürünü bildirdi. Bundan əlavə, hazırkı akademik ilində baş verən tədbir və yeniliklərə toxundu, eyni zamanda, tələbələrin Meksika adət-ənənələrinə olan marağını qeyd etdi.

Səfir Labardini, öz növbəsində, rəhbərlik etdiyi diplomatik nümayəndəlik tərəfindən planlaşdırılan ölkənin paytaxtı və regionlarında keçiriləcək layihələrdən söz açdı. Xalqları birləşdirən görünməyən bir körpü kimi xidmət edən mədəni əlaqələrinin vacibliyini vurğuladı. Həmçinin, bir sıra Meksika universitetlərinin bu ali təhsil ocağı ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırdı.

Tərəflər universitetlərarası əməkdaşlığın effektivliyindən danışaraq, birgə tədbirlərin keçirilməsi, təcrübə, tələbə və, əlbəttə ki, müəllim mübadiləsinin zəruriliyinə toxundular.

P.Sultanova

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər