Xalq yazıçısı Anara Prezidentin Fəxri diplomu təqdim edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq yazıçısı Anara Prezidentin Fəxri diplomu təqdim edilib – FOTO

16:47 - 14 / 03 / 2018
Xalq yazıçısı Anara Prezidentin Fəxri diplomu təqdim edilib – FOTO

Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 yaşı tamam olur.

1news.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyev martın 13-də yazıçının Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı 80 illik yubileyi münasibətilə Anara təbrik məktubu da ünvanlayıb.

Martın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yazıçılar Birliyində “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu yubilyara təqdim edib.

Mərasimdə nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin katibləri iştirak ediblər.

Anarın şəxsiyyəti və yaradıcılığı haqqında söz açan Əbülfəs Qarayev onu yubileyi münasibətilə təbrik edib, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edib. Xalq yazıçısının yaradıcılığından bəhs edən nazir onu həm nasir və dramaturq, həm də ictimai xadim kimi fenomen şəxsiyyət adlandırıb. Qeyd edib ki, Anar Azərbaycan ədəbiyyatının canlı tarixidir. Onun ədəbi və ictimai fəaliyyəti həmişə Azərbaycan dövlətçiliyinin, milliliyinin təbliğinə yönəlib. Buna görə də Xalq yazıçısının yubileyi nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd ediləcək.

Görüşdə bir sıra təkliflər irəli sürülüb. Əbülfəs Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin keçirilməsini təklif edib.

Xalq yazıçısı dövlət başçısının onu təltif etməsinə və yubileyi münasibətilə təbrik məktubu ünvanlanmasına görə dərin minnətdarlığını ifadə edib.

S.Xankişiyeva

Paylaş:
626

Son xəbərlər

Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Prezident İlham Əliyev Zəfər parkında olub - FOTOBu gün, 10:14Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıbBu gün, 09:1327 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötürBu gün, 09:11Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10
Bütün xəbərlər