Polis Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

11:33 - 15 / 03 / 2018
Polis Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Respublikanın daxili işlər orqanlarının əməkdaşları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Novruz bayramı günlərində əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə asayişi mühafizə tədbirlərinin və hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə post-patrul xidməti naryadlarının sayı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq.

S.Xankişiyeva

 

Paylaş:
652

Son xəbərlər

Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Prezident İlham Əliyev Zəfər parkında olub - FOTOBu gün, 10:14Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıbBu gün, 09:1327 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötürBu gün, 09:11Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00
Bütün xəbərlər