Kempoçular Parlamentdə olublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Kempoçular Parlamentdə olublar

10:06 - 16 / 03 / 2018
Kempoçular Parlamentdə olublar

Martın 15-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun Kempo İdman Federasiyasının üzvləri ilə görüşü keçirildi.

1news.az-a Milli Məclisin mətbuat  xidmətindən verilən xəbərə görə, görüşdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və “kempo”çular iştirak edirdilər.

Tədbirdə Əli Hüseynli bu idman növünü hüquqi baxımdan inkişaf etdirmək yönündə öz tövsiyələrini verdi.

Görüşdə kempo idman növü və ümumiyyətlə, ölkəmizdə idmanın inkişafı ilə bağlı müzakirələr aparıldı. Bildirildi ki, kempo döyüş sənətinin tarixi çox qədimdir. Ruslar onu “Əlbəyaxa döyüş”, çinlilər “Tsuan-fa”, yaponlar “Kempo” adlandırırlar. Bu idman növü özündə döyüş fəndlərindən başqa çətin vəziyyətlərdə ilk yardımı, təbii üsullarla müalicəni cəmləşdirir. Müasir dövrdə kempo döyüş sənəti  bir neçə istiqamət üzrə  inkişaf etdirilir.

Federasiya üzvləri görüşdən sonra Milli Məclisin iclas zalı ilə tanış olub, Heydər Əliyev Xatirə zalına baş çəkiblər.

Sonda xatirə şəkli çəkilib.

S.Xankişiyeva

 

 

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər