FHN Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq

1news Redaksiyası16:18 - 17 / 03 / 2018
FHN Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və nəticələrinin çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanmış, şəxsi heyət təlimatlandırılıb.

S.Xankişiyeva

 

Paylaş:
800

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər