Novruz bayramı Peruda qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruz bayramı Peruda qeyd olunub – FOTO

15:24 - 21 / 03 / 2018
Novruz bayramı Peruda qeyd olunub – FOTO

Azərbaycanın Peru Respublikasındakı diplomatik nümayəndəliyində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Peru XİN-in və Konqresinin nümayəndələri, Peruda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, həmçinin Peruda yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan nümayəndəliyin rəhbəri Mehdi Məmmədov  iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat verib, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırıb, ölkəmizin Novruz bayram ənənələrindən bəhs edib.

Bayram şənliyində qonaqlara Novruz bayramının rəmzlərindən hesab edilən Azərbaycanın milli mətbəxinə məxsus müxtəlif təamlar və şirniyyatlar təqdim edilib Novruz bayramı barəsində videolar nümayiş etdirilib, milli musiqiləri səsləndirilib.

1news.az

Paylaş:
909

Son xəbərlər

Bütün xəbərlər