Gürcüstana 40 kq qızıl-gümüş keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstana 40 kq qızıl-gümüş keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb - FOTO

13:41 - 23 / 03 / 2018
Gürcüstana 40 kq qızıl-gümüş keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb - FOTO

Gürcüstana 40 kiloqram çəkidə qızıl və zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram çəkidə gümüş əşyaları Türkiyədən gətirib və “Sarpi” gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib. “Mercedes Benz” markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar).

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

1news.az

Paylaş:
942

Son xəbərlər

Bütün xəbərlər