Bakıda itkin düşən ərəb turist tapılıb

Bakıda itkin düşmüş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı Sultan Abdullah Alqaseer tapılıb.
Bu barədə 1news.az-a BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.
O, dünən gecə saatlarında tapılıb. Sultan Abdullah Alqaseeri şəhər sakinlərindən biri görüb və bu barədə səfirliyə məlumat verib. Səfirlik əməkdaşları isə onu ailəsinə təhvil verib.
Qeyd edək ki, turist kimi ailəsi ilə Bakıya gələn 17 yaşlı daun sindromlu gənc oğlan martın 27-də səhər saat 5:20-də "Winter Park" otelindən çıxıb və geri qayıtmamışdır.
P.Sultanova
1026