Bakıda avtobusda rəzalət: gənc oğlan yaşlı qadını təhqir edərək döydü – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobusda rəzalət: gənc oğlan yaşlı qadını təhqir edərək döydü – VİDEO

12:40 - 29 / 03 / 2018
Bakıda avtobusda rəzalət: gənc oğlan yaşlı qadını təhqir edərək döydü – VİDEO

Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. 

1news.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla  bağlı dərhal polisə məlumat verilib.

Kadrlardan görünür ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edir. Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verir və nalayiq ifadələr işlətməyə başlayır. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirir. 

İnsdent zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalır. Yaşlı-qadın demədən hər kəsə əl qaldıran və ictimai nəqliyyatda özünü nalayiq formada aparan gənclə bağlı dərhal polisə müraciət edilib. Həmin şəxs avtobusa daxil olan polis əməkdaşları tərəfindən bölməyə aparılıb və faktla bağlı zəruri araşdırmalara başlanılıb.

1news.az

Paylaş:
893

Son xəbərlər

2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34
Bütün xəbərlər