Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının üzvləri Bakıda qala konsert verəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının üzvləri Bakıda qala konsert verəcək

16:31 - 30 / 03 / 2018
Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının üzvləri Bakıda qala konsert verəcək

Bakıda Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının nümayəndələrinin Azərbaycan paytaxtında ilk qala konsertinə həsr olunmuş mətbuat konfransı keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Makpal Kulmbetova, Məktəb və Peşə Təhsil Akademiyasının rəhbəri Svetlana Kokşinova,  Akademiyanın tələbələri Sultanbek Qumar və Kamila  Şahmanova, media nümayəndələri iştirak ediblər.

Svetlana Kokşinova  bildirib ki, Qazaxıstanın paytaxtının 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində martın 30-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tarixi səhnəsində  Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının gənc istedadları ilk dəfə olaraq konsert proqramı ilə çıxış edəcəklər. Onlar yerli və xarici xoreoqrafların quruluşunda klassik və müasir baletləri təqdim ediləcəklər.

Məktəb rəhbəri bildirib ki, Akademiya Orta Asiyada bu sahədə ilk ali təhsil müəssisəsi olmaqla, çoxsəviyyəli, peşəkar xoreoqrafik təhsil verir. Əlavə edib ki, bu gün Qazaxıstan klassik incəsənətin inkişafına  diqqət yetirir, xüsusilə ölkə Prezidenti rəqs sənətinin formalaşmasına böyük əhəmiyyət verir.

Qeyd edilib ki, Akademiyanın prioritet məqsədlərindən biri Bakı Xoreoqrafiya Akademiyası, La Scala, Beijing Dance Academy, Moskva Dövlət Xoreoqrafiya Akademiyası,  New National Theatre Tokyo və digər yaxşı xoreoqrafiya təhsil müəssisələri ilə əməkdaşlıq vasitəsilə balet sənətini  təşviq etməkdir.

Öz növbəsində, M.Kulmbetova deyib ki, artıq ilk əməkdaşlıq müqaviləsi Bakı Xoreoqrafiya Akademiyası ilə imzalanıb və sıx əməkdaşlıq qurulub,  təmas nöqtələri tapılıb.

Vurğulanıb ki, Bakıda Akademiyanın 13-18 yaş arası 60 üzvü çıxış edəcək.

Şagirdlər  G.Sultanbek K.Sahmanova rəqs nömrələri haqqında məlumat verib, Azərbaycan paytaxtı barədə təəssüratlarını bölüşüblər.

P.Sultanova

 

Paylaş:
853

Son xəbərlər

Bütün xəbərlər