88 yaşlı qəhrəman ana hər kəsi seçkilərdə fəal iştiraka çağırır | 1news.az | Xəbərlər
Cəmiyyət

88 yaşlı qəhrəman ana hər kəsi seçkilərdə fəal iştiraka çağırır

11:11 - 05 / 04 / 2018
88 yaşlı qəhrəman ana hər kəsi seçkilərdə fəal iştiraka çağırır

Ailəmizdə səs vermək imkanı olan 64 nəfər var.

Biz aprelin 11-də keçiriləcək prezident seçkilərində əmin-amanlığa, sülhə, sabitliyə səs verəcəyik.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Cəbrayıl rayonu Göyərçin Veysəlli kənd sakini, 88 yaşlı qəhrəman ana Əliyeva Dürdanə Abdulla qızı “Seçki-2018” Müstəqil Media Mərkəzinə göndərdiyi məktubda bildirib.

11 övlad, 34 nəvə, 42 nəticə sahibi olan D.Əliyeva Azərbaycan qadınlarına müraciət edərək onları seçkilərdə fəal olmağa çağırıb:

“Hörmətli analar və bacılar, hər birinizi Azərbaycanda sülhün əbədi, müstəqilliyin daimi olması naminə seçkilərdə fəal iştiraka dəvət edirəm. Qoy ölkəmizdə sülh əbədi olsun. Yaşasın müstəqil Azərbaycan!”.

S.Xankişiyeva

 

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər