Astarada 15 ədəd top mərmisi tapılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada 15 ədəd top mərmisi tapılıb – FOTO

17:50 - 19 / 04 / 2018
Astarada 15 ədəd top mərmisi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Astara rayonunda keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aprelin 19-da saat 00:14-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Astara rayonu, Həzi Aslanov küçəsində 9 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata gecə saatlarında daxil olduğunu nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu səhər saatlarında həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib.

Ərazidə aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 15 ədəd partlamamış hərbi sursat (10 ədəd 82 mm-lik geritəpməsiz top mərmisi (BK-881), 2 ədəd 107 mm-lik geritəpməsiz top mərmisi (BK-883), 2 ədəd 73 mm-lik geritəpməsiz top mərmisi (BK) və 1 ədəd 82 mm-lik top mərmisi (O-832)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 800 kv.m əraziyə yerüstü və 30 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

1news.az

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər