Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

20:27 - 20 / 04 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 70-190, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 20  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, aprelin 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 415 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 374 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 45 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 150 m3/s təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma qeydə alınıb, lakin  Şirvan məntəqəsində isə suyun səviyyəsində 16 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 384 sm (2017-ci il aprelin 20-də 416 sm), Şirvanda 251 sm (2017-ci il aprelin 20-də 305 sm), Salyanda 177 sm (2017-ci il aprelin 20-də 235 sm), Bankədə 167 sm (2017-ci il aprelin 20-də 207 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2017-ci il aprelin 20-də 116 sm) təşkil edir.

1news.az

Paylaş:
196

Son xəbərlər

Bütün xəbərlər