Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirilib

1news Redaksiyası09:25 - 23 / 04 / 2018
Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirilib

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

1news.az bu barədə “Qafqazinfo”ya istinadla xəbər verir.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

1news.az

Paylaş:
540

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər