İlham Əliyev azyaşlının arzusunu gerçəkləşdirdi - FOTO - VİDEO

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində Prezident İlham Əliyevin azyaşlı ilə görüşü, selfi çəkdirməsi maraqla qarşılanıb.
Məlum olub ki, həmin azyaşlı sosial şəbəkələrdə dövlət başçısına görə ağlayan Murad Qasımovdur.
Belə ki, uşağın anası zarafatla "Əgər İlham Əliyev Prezident seçilsə, bu gün evimizə qonaq gələcək" deyib. Murad buna inanıb və İlham Əliyevin Prezident seçildikdən sonra niyə evlərinə gəlmədiyini soruşub.
Azyaşlı anasının dediklərinin zarafat olduğunu biləndə göz yaşı töküb.
Qeyd edək ki, həmin uşaq Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludur.
1news.az
1890