Nazirlik diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərə müraciət edib

11:20 - 03 / 05 / 2018
Nazirlik diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərə müraciət edib

Təhsil Nazirliyi 2018-ci il üzrə diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərə müraciət edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, cari ilin mayında keçiriləcək diaqnostik qiymətləndirmədə əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar iştirak edə bilər.

Müraciətdə deyilir ki, diaqnostik qiymətləndirmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirmədən keçməyən şəxslər də iştirak edə bilərlər.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan və mövcud qaydaların tələblərinə uyğun şəkildə işə qəbul olunmuş şəxslərin iştirakına icazə verilir.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin elektron ərizələrinin sistemə daxil edilməsi 3-11 may  tarixlərində yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar namizədlər sözügedən orqanlara müraciət edə bilərlər.

Hər hansı sual və ya müraciətlə bağlı Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) və ya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi (012 430 52 78; 012 430 57 79) ilə əlaqə saxlamaq mümkündür.

1news.az

Paylaş:
492

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər