Təhsil İdarəsinin işçiləri ağacəkmə aksiyasında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil İdarəsinin işçiləri ağacəkmə aksiyasında iştirak edib – FOTO

17:00 - 05 / 05 / 2018
Təhsil İdarəsinin işçiləri ağacəkmə aksiyasında iştirak edib – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

1news.az-a İdarədən verilən xəbərə görə, aksiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ramana qalasının ətəyindəki yaşıllıq sahəsində təşkil olunan aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyev irsini davam etdirmək, yaşıllaşdırma ənənələrini daha da genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ənənə halını alan bu cür tədbirlərin keçirilməsini yüksək dəyərləndirib. İdarə müdiri ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın digər sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirdiyini və genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

M.Vəliyeva müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

BŞTİ-nin müdiri Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görüldüyünü qeyd edib.

M.Vəliyeva IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyalarının ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, BŞTİ tərəfindən aksiya zamanı müxtəlif növdə mindən çox ağac əkilib. BŞTİ-nin yeni yaradılan təsərrüfat qrupları yaşıllıq zolağı salınan ərazinin hazırlanmasında və ağacəkmə aksiyasının təşkil olunmasında yaxından iştirak edib.

S.Xankişiyeva

Paylaş:
454

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər