Baş Prokurorluq: Ali Radanın deputatına xəsarət yetirən şəxsin ekstradisiyasına baxılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: Ali Radanın deputatına xəsarət yetirən şəxsin ekstradisiyasına baxılacaq

20:57 - 07 / 05 / 2018
Baş Prokurorluq: Ali Radanın deputatına xəsarət yetirən şəxsin ekstradisiyasına baxılacaq

4 may 2018-ci il tarixdə Ukrayna Baş Prokurorluğu Ali Radanın deputatı Mustafa Nayemə bədən xəsarətləri yetirilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək beynəlxalq axtarışa elan olunmuş Ukrayna vətəndaşı Maqomed Saitovun həmin ölkəyə ekstradisiya edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, müəyyən edilib ki, M.Saitov 30 aprel 2018-ci ildə Kiyev-Bakı reysi ilə Ukrayna ərazisini tərk edib, mayın 2-də isə Kiyev şəhəri Şevçenko rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

M.Saitov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müəyyən edilərək prokurorluğa təqdim edilib və hazırkı vaxtadək ekstradisiya sənədləri daxil olmadığından barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd olunan sənədlər Azərbaycan tərəfinə təqdim edildikdən sonra şəxsin Ukraynaya verilməsi məsələsi ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və milli qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

1news.az

Paylaş:
362

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər