Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

18:14 - 10 / 05 / 2018
Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, araşdırma zamanı ağacların Yeni Ramana qəsəbə sakini Elbrus İsmayılov tərəfindən kəsildiyi və  təbiətə 12450 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Baş  Prokurorluğa göndərilib.

1news.az

Paylaş:
304

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər