Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb

12:20 - 18 / 05 / 2018
Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2018-ci ilin 4 ayında Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5831 nəfər rəsmi qeydiyyatdadır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib.

O bildirib ki, onlardan 4138-i kişi, 1693-ü qadındır.

QİÇS mərhələsində olan vətəndaşların sayının 2103 nəfər olduğunu deyən E. Muradovun sözlərinə görə, 1987-ci ildən bu günə kimi İİV infeksiyasından 904 nəfər dünyasını dəyişib.

O qeyd edib ki, 2006-cı ildən antiretrovirus terapiyaya 4427 insan cəlb olunub.

S.Xankişiyeva

 

Paylaş:
278

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər