Müdafiə Nazirliyi Beyləqandakı yol qəzası ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi Beyləqandakı yol qəzası ilə bağlı məlumat yayıb

17:22 - 22 / 05 / 2018
Müdafiə Nazirliyi Beyləqandakı yol qəzası ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi Beyləqanda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən 1news.az-a bildirilib ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub.

Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin Mətbuat xidməti ilə dəqiqləşdirilməsi vacibdir.

1news.az 

 

 

Paylaş:
334

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər