Elçin Mirzəbəyli: “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun xidmət etdiyi dairələrin düşüncəsini ifadə edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Elçin Mirzəbəyli: “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun xidmət etdiyi dairələrin düşüncəsini ifadə edir

17:00 - 23 / 05 / 2018
Elçin Mirzəbəyli: “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun xidmət etdiyi dairələrin düşüncəsini ifadə edir

Azərbaycanın inkişafına, onun qazandığı uğurlara sevinən dostlarla yanaşı bundan narahat olan, daim xalqımıza və dövlətimizə qarşı qarayaxma kampaniyası aparan qüvvələr də var. Bu qüvvələr “sapı özümüzdən olan baltaları” öz çirkin əməllərinə alət etməkdən belə çəkinməyiblər.

Son vaxtlar isə onlar öz məkrli məqsədlərinə çatmaq üçün bədii əsərlərdən və filmlərdən istifadə etməyə başlayıblar. Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanından sonra 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində də Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar.

Filmin ssenari müəllifi isə Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur.

Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. 

Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.

Filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəxlaq auditoriyaya təqdim etmək niyyəti aydın özünü büruzə verir.

Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.

Əkrəm Əylislinin “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir.

Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, bir başa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar.

Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyətının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir.

Bu film sadə vətəndaşından tutmuş yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazərda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır.

“Qəddar” Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər.

Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir.

Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alır. Görünür heç bir azərbaycanlı  belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. 

Müəllif ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabaş münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur.

Bu film Rüstəm İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla  aşağılaması fonunda şəxsini böyük “humanist” kimi qələmə vermək cəhdidir.

Bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən minasibətinin təzahürüdür.

Bu film Rüstəm İbrahimbəyov kimi düşmən xislətli birisini xalqa “milləti düşünən əzl ziyalı” kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə  çalışan “milli şura” adlı qurumun, onun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin anti-milli və ermənipərəst simasını aydın göstərir.

Görəsən bütün bunlardan sonra kərimlilər və həsənlilər nə deyəcəklər? Xalqın qarşısına çıxıb öz mənfur əməllərinə necə bəraət qazandıracaqlar?

Rüstəm İbrahimbəyovun bu xəyanətkar əməli, onun həmsədri olduğu “milli şura” başçılarının satqın və düşmən  xisləti Azərbaycan cəmiyyətində dərin hiddətə səbəb olub.

İctimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən də “milli şura” başçılarını sərt tənqid edir və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.

Adıçəkilən filmlə bağlı fikirlərini 1news.az-la bölüşən siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, bu film dövlətimizə qarşı həyata keçirilən kampaniyalarda iştirak edən Rüstəm İbrahimbəyovun və onun xidmət etdiyi dairələrin düşüncəsini ifadə edir:

“Bu Rüstəm İbrahimbəyovun ilk belə yanaşması deyil. 2015-ci ildən öncə də Rusiyanın müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrdə ermənisiz Bakının fəlakətli bir vəziyyətə düşdüyü, mədəniyyətin aşağı olduğu kimi fikirlər səsləndirirdi. Həmin dövrdə Əkrəm Əylislinin də ən qatı müdafiəçilərindən biri olmaqla Azərbaycanın əleyhinə yönəlmiş mövqeyinin haqlı olması ilə bağlı fikir bildirirdi. Əslində Rüstəm İbrahimbəyov kimi öz xalqına, millətinə, dövlətinə qarşı aqressiv mövqe sərgiləyən, ayrı-ayrı qüvvələrin ssenarisində dövlətimizə qarşı həyata keçirilən kampaniyalarda iştirak edən bir şəxsdən bundan fərqli bir yanaşma gözləməyə dəyməzdi. Bu onun və xidmət etdiyi dairələrin düşüncəsini ifadə edir”.

Buna qarşı görülə biləcək təqdbirlərə gəlincə, Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycan həqiqətlərinin dünyaya yayılması üçün yüksək səviyyədə peşəkar bədii filmlərin çəkilməsinə ciddi ehtiyac var:

“Çünki bədii vasitələrlə həqiqətlərin ifadə olunması daha effektiv olur. İnsanlar emosional təsir göstərən faktorları xoşlayırlar. Yəni bir çox hallarda xronika dili ilə, sənədli filmlər dili ilə həqiqəti insanlara lazımı şəkildə çatdırmaq olmur. Buna görə də Azərbaycana qarşı aparılan təbliğat kampaniyasına qarşı xarici mütəxəssislərin iştirakı ilə bədiiləşdirilmiş, məsələn, Xocalıdan olan bir insanın həyatından bəhs edən bir filmin çəkilməsi daha böyük effekt verə bilər.

Məlum məsələdir ki, Rüstəm İbrahimbəyovla Əkrəm Əylislinin məqsədi ermənilərin dəstəyini almaqla beynəlxalq mükafata layiq görülməkdir. Sübut etmək lazımdır ki, dünyada erməni lobbisinin dəstəyi ilə nüfuzlu mükafatlar qazanmadan, öz dövlətinin maraqlarını müdafiə edərək də tarixdə qalmaq mümkündür”.

1news.az

Paylaş:
946

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər