IMAGINE festivalı filmlərin və tamaşaçıların sayı ilə rekord vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

IMAGINE festivalı filmlərin və tamaşaçıların sayı ilə rekord vurdu

11:14 - 23 / 05 / 2018
IMAGINE festivalı filmlərin və tamaşaçıların sayı ilə rekord vurdu

Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə 2-ci İMAGİNE Avropa Tolerantlıq Festivalı uğurla başa çatıb.

1news.az xəbər verir ki, 2-17 may tarixlərində baş tutan Festivalda tolerantlıq, multikulturalizm və mədəniyyətlərarası dialoq kimi mövzuları  özündə əhatə edən tədbirlərdə 4000 nəfər iştirak edib.

Bu ilki  festivalın proqramı  Aİ-yə üzv 16 və qeyri-üzv 12 ölkənin 37 filminin nümayişi, 3 konsert, rejissor və musiqiçilərin iştirakı ilə 6 masterklass və 6 debatlardan ibarət idi. Venesiyanın Ca' Foscari Universitetindən gəlmiş xüsusi qonaq Azərbaycan Dillər Universiteti və ADA Universitetinin tələbələri ilə tolerantlıq mövzusuna aid məsələləri müzakirə etmək ilə proqrama akademik element qatıblar.

“Biz IMAGINE Avropa Tolerantlıq festivalını gələcək nəsil üçün adət və ənənə halına çevirmək istəyirik ki, hansı ki, bu ənənə Avropa İttifaqı və digər dövlətləri tolernatlıq və multikultiralizm ideyası altında  birləşdirəcək. Festivallar uğurlu keçirildiyi üçün bu tədbirin  gələn il də baş tutacağına ümid edirik”, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

Keçən il olduğu  kimi bu il də Festival musiqi sevərlərin böyük məmnuniyyətinə səbəb oldu. İlk dəfə olaraq sehirli Perudan Andes musiqisi və ecazkar yunan Rembetiko musiqisi muğamla ahəngdarlıq təşkil edib.

Mayın 7-si isə IMAGINE festivalı çərçivəsində Opera Studiyada “Avropa Günü” adlı təntənəli konsert keçirilib. Konsertdə yerli musiqiçilərdən ibarət orkestr Avropa və Azərbaycan musiqilərindən parçalar ifa edib.

Bu ilki IMAGINE festivalın hüdudları genişləndi və Bakıda Park Cinema, Landmark Hotel, Yarat, ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Dillər Universiteti və sairə məkanlarla məhdudlaşmayaraq ilk dəfə olaraq paytaxtan çıxıb Qubada “Sakit Qəlb” adlı İsrail filmini nümayiş etdirdi.

2-ci IMAGINE Avropa Tolerantlıq Festivalı İsveçrə, Norveç, Braziliya, Kosta Rika, Peru, Meksika, İsrail, Moldova, Argentina, ABŞ səfirliklərinin və “United Cultures” təşkilatının Aİ ilə əməkdaşlığı çərçivəsində baş tutub. Festivalın təşəbbüsü Landmark Baku, “Yarat” Müasir İncəsənət Mərkəzi, Park Cinema, Cinex Production, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti, Bakı Musiqi Akademiyası, Ca’ Foscari University of Venice, Azərbaycan Dillər Universiteti tərəfindən dəstəklənib.

P.Sultanova

Paylaş:
260

Son xəbərlər

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02
Bütün xəbərlər