Əfv sərəncamının icrasına başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfv sərəncamının icrasına başlanılıb

09:33 - 25 / 05 / 2018
Əfv sərəncamının icrasına başlanılıb

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

1news.az-ın məlumatına görə, sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv siyahısında 15 qadının adı var, onlardan 12 nəfəri bu gün azadlığa buraxılacaq (digərləri azadlıqda olanlardır).

Eyni zamanda 39 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan 3 nəfər də əfv sərəncamından yararlanacaq.

1news.az

Paylaş:
314

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər