Bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub – FOTO – VİDEO

10:26 - 25 / 05 / 2018
Bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub – FOTO – VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub.

1news.az-ın məlumatına görə, Fonda müraciət etmiş keçmiş əsgər və zabitlər ilk növbədə müayinə olunub, hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri və əmək məşğuliyyətləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər seçilib.

Qarabağ müharibəsi əlillərindən 6 nəfər “Harmony P3” aktiv vakuum sistemli protezlə, 1 nəfər “Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protezlə, 3 nəfər isə “BeBionic 3” əl protezi ilə təmin edilib. Bu protezlər amputasiya olunmuş hissə ilə hərəki uyğunluğu təmin edən texniki imkanlara malikdir. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat hərəkət edir.

Yüksək texnologiyalı protezlərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətini davam etdirir, bəziləri isə paralimpiya idman növləri ilə məşğul olur.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də həyata keçirilmişdi. 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabit layihə çərçivəsində yüksək texnologiyalı protezlərlə təmin edilmişdi.

Tətbiq olunan protezlərin texniki göstəriciləri barədə:

“Harmony P3” aktiv vakuum sistemli transtibial protez soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır. Bu neqativ təzyiq sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşmış olur və nəticədə ayaq protezlə bir vəhdət təşkil edir, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat addım atır.

Aktiv vakuum sisteminin yaratdığı neqativ təzyiqin daha bir vacib xüsusiyyəti güdülün qan dövranını yaxşılaşdırmasıdır. Bu da yaralı güdüllərin tezliklə sağalmasını təmin edir. Aktiv vakuum sistemli protez amartizator və rotasion xüsusiyyətlərə malikdir. Bu cəhətlər protezin hərəkət zamanı yer səthlərinə uyğunlaşmasını təmin edir. Protezin istifadə rahatlığını artırmaq məqsədi ilə dinamik, hər növbəti addımın atılmasına təkanverici xüsusiyyətə malik “Triton” karbon ayaq quraşdırılıb.

“Hybrid” mikroprossesor idarəetmə sistemli transfemoral protez isə dizüstü amputasiyalarda geniş tətbiq olunan, Yaponiyanın “Nabtesco” şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. Mütəxəssislər dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq protezin insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər.

“Hybrid” diz oynağının daxilində 2 ədəd yüksək həssaslı sensor var. Onlar vasitəsilə hərəkət zamanı yer səthindən alınmış hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülməklə, hərəkət zamanı dəyişik zəminlərə uyğunlaşmanı təmin edir.

“BeBionic 3” bionik transhumeral protez funksionallığı və istifadə rahatlığı baxımından dünyada geniş tətbiq olunan bionik əl protezidir. Protezdə 2 ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə, orda işləndikdən sonra isə protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini yaratmaqla istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri təmin edir.

“BeBionik3” əl protezinin bilək oynağı da elektronik idarəetməli olub, 360 dərəcə dönə bilir. Dirsəküstü amputasiyalarda istifadə edilən dirsək oynağı da elektronik olaraq açılıb-bükülmə imkanına malikdir.

1news.az

Paylaş:
559

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər