Müəllimlərə şad xəbər: maaşları artırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərə şad xəbər: maaşları artırılacaq

18:44 - 26 / 05 / 2018
Müəllimlərə şad xəbər: maaşları artırılacaq

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək. Eyni zamanda, dərs yükü norması və əməkhaqqı artırılmaqla onların maddi rifahı yaxşılaşdırılacaq.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlər inkişaf yönümlü təlimlərə cəlb olunacaq.

M.Camalzadə qeyd edib ki, ötən il keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlər budəfəki qiymətləndirmədə də iştirak edir.

Qeyd edək ki, bu gündən Azərbaycan Texniki Universitetində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
402

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər