“Nəfəs festivalı” adlı möhtəşəm xeyriyyə konserti keçirildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nəfəs festivalı” adlı möhtəşəm xeyriyyə konserti keçirildi – FOTO

10:23 - 30 / 05 / 2018
“Nəfəs festivalı” adlı möhtəşəm xeyriyyə konserti keçirildi – FOTO

Bir qrup gəncin iştirakı ilə ərsəyə gələn Xeyirxah Kampaniyası “Elektra Events Hall”-da məşhurların iştirakı ilə “Nəfəs festivalı” adlı möhtəşəm konsert proqramı keçirib.

1news.az-ın məlumatına görə, konsert proqramı Xəzər televiziyası, İticket.az, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, ikiqat.com - gündəlik internet dərgisi, “Bizon”, “Tutti” Parfumeriya Mağazası və Xeyirxah Kampaniyasının birgə təşkilatçılığı ilə baş tutub.

Xeyirxah.com-dan bildiriblər ki, əsas məqsəd “Onu Sən Yaşat!” devizi ilə başlanan aksiya çərçivəsində keçirilən konsertdən 8000 manat əldə edərək aksiyaya dəstək verməkdir.

Konsertdə Həyat Fondunun prezidenti Hacı Nuran Hüseynov çıxış edərək Tural Hacıyevin əməliyyatı üçün rəhbərlik etdiyi fonddan 10 min manat ayıracağını bildirib.

Murad Arifin aparıcılığı ilə keçirilən gecədə Elnarə Xəlilova, Ramil Nabran, Nigar Muharrem, Ayaz Babayev, Nadir Nəğd Pul, Natəvan Həbibi, Qurd, Nura Suri, Rauf Əhmədov, Kazım Can, Sima Nəsirova, Orxan Rəhimzadə, Aysel Əlizadə, Nahidə Babaşlı, Emil Bədəlov, Nuray Rəhman, MC Kərim, DJ Çina, DJ Fanur və DJ Ququ iştirak edərək aksiyaya dəstək olublar.

Konsertin yaddaqalan hahadisələrindən biri isə Murad Arif və Ramil Nabranın yeni duetlərini ilk dəfə olaraq Nəfəs festivalında təqdim etməsi olub.

Qeyd edək ki, “Onu Sən Yaşat!” aksiyası öz işinə davam edir və hər kəsi yardıma dəvət edir.
Ətraflı məlumat və ya ianə üçün www.xeyirxah.com saytına baxa, 077 288 36 66 mobil telefonu ilə əlaqə saxlaya bilərsiniz.

Mövzu ilə bağlı:

Məşhurlar “Nəfəs festivalı” adlı xeyriyyə konsertində bir araya gələcəklər

1news.az

Paylaş:
1046

Son xəbərlər

Bütün xəbərlər