Meşələri qıranlar ciddi cəzalandırılacaqlar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Meşələri qıranlar ciddi cəzalandırılacaqlar – FOTO

16:34 - 31 / 05 / 2018
Meşələri qıranlar ciddi cəzalandırılacaqlar – FOTO

Meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə mayın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oğuz rayon İcra Hakimiyyətində geniş tərkibli görüş təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub. ETSN-nin səlahiyyətli şəxsləri və rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən meşələrin mühafizə olunmasının vacibliyi xüsusi olaraq vurğulanıb, hərtərəfli nəzarətin həyata keçirilməsi məqsədilə aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilib.

Qeyd edək ki, ETSN-yə müxtəlif bölgələrdən meşələrdə qanunsuz qırıntı halları barədə daxil olan müraciət və şikayətlər operativ olaraq yerində araşdırılır, inzibati və hüquqi tədbirlər görülür. Lakin Nazirlik meşələrdə qanunsuz qırıntıların qarşısının tam şəkildə alınması üçün yerlərdə icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə, hərtərəfli nəzarət mexanizmlərinin yaradılmasına ehtiyac olduğunu nəzərə alaraq bölgələrdə bu formatda görüşlərin davamlı olaraq keçirilməsini zəruri hesab edir.

Nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması, meşə brokonyerlərinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə belə görüşlərin təşkili mütəmadi davam etdiriləcək.

1news.az

Paylaş:
235

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər