Gənc Avropa səfirləri Bakıda ağacəkmə aksiyası keçirəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc Avropa səfirləri Bakıda ağacəkmə aksiyası keçirəcəklər

10:56 - 31 / 05 / 2018
Gənc Avropa səfirləri Bakıda ağacəkmə aksiyası keçirəcəklər

Ümumdünya ətraf mühit günü münasibətilə Azərbaycandan 20 gənc Avropa səfiri iyun ayının 4-ü və 5-i Bakıda ağacəkmə tədbirləri həyata keçirəcəklər.

1news.az-ın məlumatına görə, onlar Bakı şəhəri 23 və Ağdam rayonunun 81 saylı köçkün tam orta məktəblərin şagirdlərinə ətraf mühitin qorunması haqqında seminar keçəcək, növbəti gün isə məktəbdə ağacəkmə aksiyası həyata keçirəcəklər.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindən olan gənc Avropa səfirləri ümumdünya ətraf mühit günü (5 iyun) çərçivəsində vətəndaş cəmiyyətinin iştirakçılığı ilə bir sıra aksiyalar həyata keçirəcəklər. Aksiyalar 2 və 10 iyun tarixləri arasında baş tutacaq və əsasən ağacəkmə kompaniyaları, Avropa İttifaqının ətraf mühitin qorunmasında rolu haqqında maarifləndirmə tədbirləri, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində ətraf mühitə dost münasibətin təşviqatı ilə bağlı olacaq. Bu tədbirlərin yerli auditoriyaya, xüsusilə də məktəblilərə, QHT-lərə və universitet tələbələrinə ünvanlanması nəzərdə tutulur.

Qeyd edək ki, Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” layihəsi gənclərlə işə xüsusi önəm verir. Bu səbəbdən də, qeyd edilən layihə çərçivəsində “Gənc Avropa Qonşuları” şəbəkəsi və 2016-cı ilin iyun ayında “Gənc Avropa Səfirləri” təşəbbüsü yaradılıb. Bu təşəbbüs Avropa İttifaqına üzv ölkələr və Şərq Tərəfdaşlığı ölkələrindən olan (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) gənclər və gənclər təşkilatları arasında əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirmək məqsədi daşıyır.

Gənc Avropa səfirləri şəbəkəsi Aİ ilə bağlı qarşılıqlı ideya və informasiya mübadiləsini asanlaşdıran bir onlayn platforma olmaqla yanaşı, gənclərin öz fəaliyyət imkanlarını daha da genişləndirməyə təşviq edir. Bu təşəbbüs Aİ haqqında daha dərin bilgi əldə etməyə və onun Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətləri ətraflı öyrənməyə töhvə verəcək insanlarası əlaqə və dialoqyönümlü fəaliyyətlərə əsaslanır.

1news.az

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər