McDonald’s Azərbaycan “Həyat” Fondu ilə birlikdə uşaqları sevindirib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

McDonald’s Azərbaycan “Həyat” Fondu ilə birlikdə uşaqları sevindirib – FOTO – VİDEO

11:41 - 01 / 06 / 2018
McDonald’s Azərbaycan “Həyat” Fondu ilə birlikdə uşaqları sevindirib – FOTO – VİDEO

Gözəl bayram 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Ənənəvi olaraq, bu bayramı xüsusilə qeyd edən McDonald's Azərbaycan bu dəfə əsas fəaliyyəti Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlara səmərəli və ixtisaslı tibbi yardım göstərən “Həyat” Xeyriyyə Fondu ilə əməkdaşlıq edir. 

İyunun 1-i McDonald’s restoranlarının müştəriləri tərəfindən yığılmış 16 128 AZN dəyərində ianələr “Həyat” Xeyriyyə Fondunun nümayəndələrinə verilib. Bu vəsaitlər aztəminatlı ailələrdən olan 0-18 yaşlar arasında uşaqların müayinəsi, diaqnostikası və müalicəsinə sərf olunacaq. Söhbət görmə qabiliyyətinin pozulmasından əziyyət çəkən uşaqlardan gedir. Diaqnostika, müalicə və cərrahiyyə əməliyyatının keçirilməsi “RMMD” və “Avrasiya” klinikalarının aparıcı mütəxəssis-oftalmoloqları tərəfindən həyata keçiriləcək.

Ümumilikdə McDonald’s restoranlarının müştəriləri tərəfindən yığılmış ianələrə göz xəstəliklərindən əziyyət çəkən 18 uşağa tibbi yardım göstəriləcək. Bunların arasında göz qapaqlarının anadangəlmə ptozu, göz yaşı kanallarının tutulması, çəpgözlüyün müxtəlif növləri və s. kimi xəstəliklərin müalicəsi nəzərdə tutulub.

Xatırladaq ki, “Həyat” Xeyriyyə Fondu yardımsevər insanların ianələri vasitəsilə maliyyələşdirilir. Bütün mobil operatorlardan 999 qısa nömrəsinə zəng və SMS vasitəsilə, eləcə də bank vasitəsilə istənilən məbləği fondun hesabına köçürməklə yardım etmək mümkündür.

Tezliklə vətəndaşlar üçün ödəniş terminalları və vəsaitin kartdan-karta köçürməsi vasitəsilə ianə etmək imkanları olacaq. Yardım etmək yolları və digər ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən əldə etmək mümkündür: www.hayatfondu.az

Hər zaman olduğu kimi, McDonald’s şirkətinin fəlsəfəsi çərçivəsində dünya üzrə öncül məqsədlərindən biri uşaqlara dəstək amilidir.

“Kiçik uşaqların böyük problemləri olmamalıdır!” – McDonald’s öz şüarına sadiqlik nümayiş etdirir. McDonald’s Azərbaycan şirkəti 1999-cu ildən bu günə kimi daim ehtiyacı olan uşaqlara və uşaq evlərinə dəstək, qayğı və məhəbbətini göstərib və bundan sonra da göstərəcək.

McDonald’s Azərbaycan bir daha öz müştərilərinə bu xeyriyyə tədbirində onlarla olduqlarına görə öz dərin minnətdarlığını bildirir, bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edir.

Reklam hüququnda

Paylaş:
830

Son xəbərlər

Bütün xəbərlər