BƏƏ səfirliyi "Zayed ili" çərçivəsində humanitar layihələr həyata keçirir | 1news.az | Xəbərlər
Cəmiyyət

BƏƏ səfirliyi "Zayed ili" çərçivəsində humanitar layihələr həyata keçirir

15:28 - 04 / 06 / 2018
BƏƏ səfirliyi "Zayed ili" çərçivəsində humanitar layihələr həyata keçirir

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeyd olunan "Zayed Humanitar Yardımlar Günü" bütün vətən övladlarının qəlbində əliaçıqlıq, sevgi və tolerantlıq hissələrini coşduran mərhum qurucu lider Şeyx Zayed bin Sultan Al Nəhyanın əziz xatirəsini anmaq məqsədi daşıyır.

Bununla bağlı 1news.az-a BƏƏ-nin Bakıdakı səfirliyindən daxil olan məlumatda deyilir ki, Şeyx Zayedin nümunəvi həyatı bizim hamımızı vətən naminə səylərimizi əsirgəməməyə sövq edir.

Qeyd edək ki, bu çərçivədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyan 2018-ci ili BƏƏ-də "Zayed ili"elan edib.

Birləşmiş Ərəb Əmirlikləri dövləti regional və beynəlxalq səviyyədə humanitar yardımların realladırılmasına böyük önəm verir. Bu istiqamətdə BƏƏ-nin Bakıdakı səfirliyi BƏƏ Qırmızı Aypara Cəmiyyəti və Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində xəstələrə, ehtiyacı olan şəxslərə bir sıra tibbi, sosial-ictimai yardımlar, maddi və təcili müalicəyə ehtiyacı olanlara kömək göstərir.

Bu yardımlar təkcə paytaxt Bakı şəhəri ilə məhdudlaşmır, habelə regionlarda da həyata keçirilir. Belə ki, "Zayed ili" çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlığın hədiyyə edilməsi buna misal ola bilər. Həmçinin, səfirlik kasıb və ehtiyacı olanlara müxtəlif ərzaq sovqatları edir, xüsusən, müqəddəs Ramazan ayı ərzində Ramazan səbətləri paylanılıb.

Bu il ərzində belə sosial-ictimai və tibbi yardımların göstərilməsi davam edəcək.

P.Sultanova

Paylaş:
336

Son xəbərlər

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12
Bütün xəbərlər