BANM Koreyanın “HMC” şirkətilə memorandum imzalayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM Koreyanın “HMC” şirkətilə memorandum imzalayıb - FOTO

10:55 - 04 / 06 / 2018
BANM Koreyanın “HMC” şirkətilə memorandum imzalayıb - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Koreyanın “HMC” şirkətinin nümayəndələrilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Hong Sung Hun, “HMC” şirkətinin prezidenti Park Hak - Joo, vitse-prezidenti Park Gabju və digər nümayəndələri, eyni zamanda Koreya Kyungsung Universitetinin Elektronika mühəndisliyi fakültəsinin dekanı Yoon Byung və professoru Park Jangsik, BANM-ın professor-müəllim və administrativ kollektivi iştirak ediblər.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, görüşü açan BANM-ın rektoru Elmar Qasımov qonaqları salamayaraq “HMC” şirkətinin rəhbərliyinə BANM-a olan maraqlarına görə təşəkkürünü bildirib. Rektor BANM-ın yeni tədris ilindən “İnformasiya təhlükəsizliyi mühəndisliyi” ixtisasını, növbəti illər isə “Elektrik və elektronika mühəndisliyi” ixtisasını həyata keçirməyi planladığını qeyd edib, bu istiqamətdə “HMC” şirkətilə proqram təminatı, KyungSung Universitetilə isə professor-müəllim mübadiləsi, ikili diplom layihələrinin mümkünlüyündən söhbət açıb. Hazırda BANM-da Heriot-Vatt Universitetinin tədris proqramlarının tətbiq edildiyini bildirən Elmar Qasımov, açılması planlaşdırılan ixtisaslar üçün də KyongSung Universiteti ilə əməkdaşlığın uğurlu ola biləcəyini düşündüyünü vurğulayıb.

“HMC” şirkətinin prezidenti Park Hak – Joo Azərbaycana dəvət olunduqları üçün rektor Elmar Qasımova təşəkkür edib, Azərbaycanın yüksək reytinqli ali təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdən məmnunluq ifadə edib.

Daha sonra Koreya Kyungsung Universitetinin Elektronika mühəndisliyi fakültəsinin dekanı Yoon Byung tədbir iştirakçıları qarşısında “HMC” şirkəti, Kyungsung Universiteti və onun BANM-la iki il ərzində nəzərdə tutduğu işlərdən ibarət təqdimatla çıxış edib.

Danışıqlardan sonra tərəflər arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumunun məqsədi BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Memorandumun şərtlərinə görə, “HMC” şirkəti BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə müasir tədris proqramları və texnologiyaları əsasında mütəxəssis hazırlığına dəstək verməyi, tələbələrin bir qisminin şirkətin Azərbaycan və xaricdə fəaliyyət göstərən strukturlarında istehsalat təcrübəsi keçməsi üçün şərait yaratmağı, öz mütəxəssislərinin tələbələr üçün mühazirələr (distant və bilavasitə) oxuması və müəllim kimi tədris prosesinə cəlb olunmasının təşkilini həyata keçirməyi öz üzrərinə götürür.

Qeyd edək ki, bir müddət öncə BANM-ın “Mühəndislik” fakültəsinin dekanı Zəfər Qurbanov və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müdiri Manafəddin Namazov “HMC” şirkətinin və Kyungsung Universitetinin dəvəti ilə Koreya Respublikasına işgüzar səfər etmişdilər.

“HMC" şirkətinin fəaliyyət sahəsinə İT xidmətlər, təhlükəsizlik və müşahidə sistemləri, həmçinin həllərin fiziki şəxslərə və şirkətlərə inteqrasiyası aiddir.

1news.az

Paylaş:
342

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər