Yüksək vəzifəli məmur onu tənqid edən xanıma özü cavab yazdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yüksək vəzifəli məmur onu tənqid edən xanıma özü cavab yazdı

10:03 - 13 / 06 / 2018
Yüksək vəzifəli məmur onu tənqid edən xanıma özü cavab yazdı

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Günel Aşırova adlı vətəndaşın “Facebook” vasitəsilə onun rəhbərlik etdiyi quruma qarşı iradına münasibət bildirib.

1news.az G.Aşırovanın Dövlət Miqrasiya Xidməti rəhbərliyinə ünvanlanan tənqidi statusunu və qurumun rəhbəri Vüsal Hüseynovun cavabını təqdim edir:

"Ey Harvard məzunu cənab rəis, may ayındakı 4-cə saatlıq görüş günündə neçə əcnəbi qəbul etdiniz?

Deməli,  Azərbaycanda DYİ (Daimi Yaşama İzni) kartımın vaxtı bitir deyə yenidən uzatmaya müraciət etməliyəm.  Adı DYİ olsa da 5 illik müddəti var. İlkin müraciət və uzatma üçün eyni prosedurdu. Mənim üçün heç bir güzəşt yoxdu.

Sayta daxil oldum, boşluqlar və səhvlərlə dolu. 5 ildə bİrcə növbə promlemini tənzimləyiblər. Əvvəl səhər 10:00-da gedib növbədə 194-cü adam olurdum. İndi online növbə götürə bilirsən. (Sabah gedəndə işləyib-işləmədiyi məlum olacaq)

Yazılan məktubu ciddiyə almırlar deyə Xidmət rəisinin qəbuluna düşməyi düşünürdüm. Rəsmi saytlarında yazılana görə qəbul hər ayın sonuncu həftəsinin şənbə günü saat 9-13:00 arasıymış. 
Hər 2 müavinin də ayda 1 dəfə, 4 saatlıq, 3-cü müavininsə saat 14:00da cəmi 1 nəfərlik qəbul günü varıymış. Qəbullarına da 1 gün öncədən yazılmaq olurmuş.

Reallıqda isə görüşə yazılmaq, görüşmək real deyil.

DMX rəisi Vüsal Hüseynov status özü cavablandırıb:

"Qeydləriniz üçün Təşəkkürlər! Vətəndaş qəbulu ilə bağlı 2 dəfə qəbul keçirmişəm, 28 aprel və 29 may tarixlərdə, birincidə 73, ikincidə 92 vətəndaş qəbul etmişik. 4 may tarixdə qəbul olmayıb. Qeyd etdiyiniz digər məqamlarla bağlı bu gün sizinlə əlaqə saxlayacaqlar".

 

 

Paylaş:
2058

Son xəbərlər

Bütün xəbərlər