Elektrik naqilləri oğurlayan şəxs ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektrik naqilləri oğurlayan şəxs ələ keçdi

18:06 - 18 / 06 / 2018
Elektrik naqilləri oğurlayan şəxs ələ keçdi

Bakıda elektrik naqillərini oğurlayan şəxs saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Binəqədi RPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da N.İmamverdiyevin həyətyanı sahəsindən təmir-tikinti aləti və 120 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəqani Əsədov saxlanılıb.

Onun həmin gün M.Ə.Rəsulzadə və Biləcəri qəsəbələrində daha 3 həyətyanı sahələrdən 420 metr elektrik naqili oğurlaması da müəyyən edilib.

1news.az

Paylaş:
315

Son xəbərlər

Bütün xəbərlər