Bakıda yüzlərlə çörək zibilliyə atıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yüzlərlə çörək zibilliyə atıldı – FOTO

17:03 - 21 / 06 / 2018
Bakıda yüzlərlə çörək zibilliyə atıldı – FOTO

Bakının Pirallahı adasının ərazisində vətəndaşların narazılığa səbəb olan biabırçı hadisə baş verib.

1news.az Bizimyol.info-ya istinadla xəbər verir ki, adanın ərazisində fəaliyyət göstərən çörək sexlərinin biri satılmayan və geri qayıdan çörəkləri zibilxanaya atıb.

Bu, görənlərin hiddətinə səbəb olub.

Sakinlərin sözlərinə görə, anoloji halla bağlı yerli icra orqanlarına məlumat verilsə də, heç bir tədbir görülməyib.

Bununla bağlı açıqlama verən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Mənsur Piriyev istehsalçı zavodun adının açıqlanacağı təqdirdə faktın araşdırılacağını bildirib.

Hazırda yüzlərlə çörəyi zibilxanaya tökən çörək sexinin adı dəqiqləşdirilir.

Ətraflı məlumat veriləcək.

S.Xankişiyeva

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər