Ermənisayağı mesenatlıq: Ermənistanda gurultulu ifşa hadisələri xeyriyyə fondlarına da təsir göstərdi | 1news.az | Xəbərlər
Ermənistan

Ermənisayağı mesenatlıq: Ermənistanda gurultulu ifşa hadisələri xeyriyyə fondlarına da təsir göstərdi

17:10 - 22 / 06 / 2018
Ermənisayağı mesenatlıq: Ermənistanda gurultulu ifşa hadisələri xeyriyyə fondlarına da təsir göstərdi

Ermənistanda köhnə rejimin devrilməsi və bunun ardınca ölkədəki toxunulmaz və hörmətli insanların sensasiyalı şəkildə ifşa edilməsi dəhşətli dəlillərlə bu ölkədə hakimiyyətdə olanların özbaşınalıqlarını bütün dərinliyi ilə açmaqda davam edir.

Artıq hər kəsə məlum oldu ki, onilliklər boyunca yurddaşlarını soyan hakim dairələr hətta hər bir xalqın qoruduğu və sahib çıxdığı şəxsləri – uşaqları və əsgərləri də soymaqla məşğul olublar.

Erməni hakimiyyətindəki cinayət cəmiyyətinin bütün çirkin mahiyyətini separatçıların “Qəssab” ləqəbli köhnə səhra komandiri Manvel Qriqoryanla bağlı geniş əks-səda doğurmuş hadisə bir daha üzə çıxardı. O Manvel Qriqoryan ki, erməni məktəblilərinin çox çətinliklə əsgərlər üçün topladıqları qidaları öz pələnglərinə və ayılarına yedizdirirdi.

Qanunsuz silah saxlama və külli miqdarda dövlət vəsaitini mənimsəmə maddələri ilə ittiham olunan və buna görə uzunmüddətli həbs cəzası alacağı gözlənilən Manvel Qriqoryan indi də onun öz adına yaradılmış xeyriyyə fondunun vəsaitini oğurlamaqda ittiham olunur.

Ermənistanın xüsusi istintaq xidməti müəyyən edib ki, 2013-cü ildən bu yana könüllü, yaxud da generalın cinayətkar “şöhrətini” nəzərə alsaq məcburi şəkildə fonda bağışlanan vəsait və əmlak onun hesabına köçürülməyib və yaxud da təyinatı üzrə istifadə olunmayıb.

Sözügedən qalmaqallı məsələdə artıq digər xeyriyyə təşkilatlarının və fondların da adı hallanır və bu da aydın şəkildə göstərir ki, Ermənistanda mesenatlıq və himayəçilik anlayışı əleyhdarlıq, mərhəmət və şəfqət kimi hisslərdən daha çox zehniyyət, sui-istifadə və şəxsi zənginlik kimi nəzərdə tutulub.

Bunu “General manvel Qriqoryan” fondu ilə yanaşı “Yerevan” və “Martik” kimi xeyriyyə fondlarında da yeni korrupsiya faktlarını ortaya çıxaran erməni mediası da qeyd edir.

Ermənistan hökumətinin elektron reyestrinin məlumatına görə, ölkədə 188 xeyriyyə təşkilatı var, xeyriyyə fondlarınnı sayı isə 150-dir. Bu məlumatı “Sputnik Armeniya” nəşri yazıb. Onu da qeyd edib ki, bu gün ölkənin hər 8000-ci vətəndaşı xeyriyyə fonduna malikdir. Lakin buna baxmayaraq bilinməyən səbəblərə görə ehtiyacı olanların sayı Ermənistan əhalisinin 40 faizini keçməkdə davam edir.

Bu baxımdan nəşrin respondentləri tərəfindən açıqlanan faktlar böyük maraq kəsb edir. Belə ki, Yerevanın Ağsaqqallar Şurasının üzvü Anait Baxşyan “Martik” fondundan danışarkən qeyd edir ki, “16 ildən çoxdur ki, fəaliyyət göstərən fondda yığılmış vəsaitlərin faizlərinin hara xərclənməsi aydın deyil”. Eyni zamanda, onda könüllü ianələr sousu altında, MO rəhbərliyinin işçiləri əmək haqlarından müəyyən məbləğdə vəsait ödəməyə məcbur etməsi ilə bağlı məlumat var. Daha dəqiq desək, işçilərin razılığı olmadan bu məbləğ onların maaşlarından tutulurdu.

Anait Baxşyan “Yerevan” fondunu ikinci bələdiyyə adlandırır. Xeyriyyə adı altında vəsaitlər yaşıllaşdırmaya, tədbirlərin təşkilinə və digər layihələrə xərclənib. Halbuki bütün bu işlərə vəsait Yerevan büdcəsində ayrılmalı idi. Eyni məqsədlər üçün pullar həm icra hakimiyyətinin, həm də “Yerevan” fondunun büdcəsindən ayrılırdı. “Necə deyərlər, əl əli yuyar, iki əl də üzü. Bu halda iki büdcə pulları yuyur”- deyə, nəşr yazır.

Yuyulma mexanizmləri o qədər müxtəlif idi ki, yeni hakimiyyətlər bunu anlamaq üçün hər şeyi kənara qoyub ancaq mesenatlıq fəaliyyətini, yəni. Xeyriyyə fondlarını yoxlamalı olacaq.

Məsələn, xeyriyyəçilik adı altında Ermənistana hansısa məhsul gətirilir, “mesenat” vergidən azad olunur, sonra isə “xeyriyyə yardımını” müəyyən şəxslərə satır. Ola bilsin məhsulun bir hissəsi hədiyyə olaraq versilsin. Bu barədə mütləq mətbuatda xəbərlər dərc olunur. Lakin nə qədər məhsulun yardım kimi verildiyi, nə qədər hissəsinin isə satıldığını heç kim bilmir.

Həmçinin xeyriyyəçilik vergilərdən yayınma vasitəsidir. Xeyriyyəçidən pul almaq ayıb deyil?

Ən geniş yayılmış xeyriyyəçilik seçkiqabağı rüşvətlərdir. “Orinas yerkir” və “Çiçəklənən Ermənistan” partiyalarının bankarı nələrə desən dəyər. Seçiciləri bir sıra vasitlərlərlə şirnikləşdirmək olar. Bununla bağlı erməni “xeyriyyəçilərinin” təxəyyülü olduqca zəngindir”, - müəllif qeyd edir.

Həmçinin Ermənistan parlamentinin “Xeyriyyəçilik haqqında” qəbul etdiyi qanun xeyriyyəçilik proqramlarının koordinasiyası üçün komissiyanın təşkilini nəzərdə tutur. Komissiyanın tərkibi və nizamnaməsi baş nazir tərəfindən təsdiq ediləcək.

“Komissiya xeyriyyəçilik proqramlarının qeydiyyata alınması, təyini, lazım gələrsə onların statusunun dəyişdirilməsi ilə məşğul olacaq. Həmçinin komissiya Ermənistanda bütün xeyriyyəçilik proqramlarının həyata keçirilməsi, eləcə də lazım gələrsə yoxlanışların təşkilinə də nəzarət edəcək.

Yeni qanuna əsasən, siyasi partiyalar və kommersiya təşkilatlarının pul və əmlakı, həmçinin məhsuların alqı-satqı vasitələri xeyriyyəçilik hesab edilə bilməz.

Müəllifin fikirlərinə görə, yeni qanun xeyriyyəçiliklə rüşvətxorluq, sui-istifadə halları, korrupsiya və digər cinayət fəaliyyətini ayıracaq. Əgər komissiya və qanun sadalanmış cinayətlərin aşkarlanmasına kömək edərsə, yaxın zamanlarda erməni cəmiyyəti çoxlu sayda yalançı xeyriyyəçilərdən azad ediləcək”, - məqalənin sonunda qeyd olunur.

F.Bağırova

Paylaş:
792

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər