DƏMX isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DƏMX isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib

14:41 - 28 / 06 / 2018
DƏMX isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müraciət edib.

1news.az-ın verdiyi xəbərə görə, müraciətdə havanın temperaturunun +41 dərəcədən yuxarı olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsinin təmin edilməli olduğu bildirilib.

Nazirliyin məlumatına görə, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti  işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında  müəyyən olunmalıdır.

Məlumatda bildirilib ki, məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.

S.Xankişiyeva

 

Paylaş:
628

Son xəbərlər

Toyuna hazırlaşan qız faciəvi şəkildə öldüBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14
Bütün xəbərlər