Vüsal Hüseynov miqrasiya qanunvericiliyindəki dəyişikliklər üzrə qanun layihələrini şərh edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüsal Hüseynov miqrasiya qanunvericiliyindəki dəyişikliklər üzrə qanun layihələrini şərh edib

16:02 - 29 / 06 / 2018
Vüsal Hüseynov miqrasiya qanunvericiliyindəki dəyişikliklər üzrə qanun layihələrini şərh edib

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov öz “Facebook” səhifəsində bu gün Milli Məclisdə miqrasiya qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan yeni qanun layihələrini şərh edib.

1news.az xəbər verir ki, V.Hüseynov bu qanunların məqsədinin ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təmin ediməsi, turizm baxımından cəlbediciliyin artması və sahibkarlığın inkşafının dəstəklənməsi olduğunu bildirib.

Təqdim edilən yeniliklərin bir hissəsinin mahiyyəti barədə qısa məlumatı paylaşmaq istərdim:

“Yeni qanunvericiliyə əsasən ölkəmizə gələn əcnəbilərin (turistlərin) ölkə ərazisində olduğu yer üzrə qeydiyyata düşməsi üçün mövcud 10 gün artırılaraq 15 gün müəyyən edilir.

"Miqrasiya qanunvericiliyini pozduğuna görə haqqında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilər artıq cəriməni ödəmədiyi təqdirdə ölkə ərazisini barələrində ölkəyə təkrar girişlərinə hər hansı məhdudiyyət tətbiq edilmədən tərk edə biləcək. Bu halda onların ölkəyə girişi cəriməni ödəyəcəkləri müddətədək məhdudlaşdılır və cəriməni ödədikdən sonra isə ölkəyə sərbəst gəlmələri təmin ediləcəkdir. Təbii ki, inzibati qaydada ölkədən kənara çıxarılma halları istisna olmaqla".

V.Hüseynov bildirib ki, Miqrasiya Məcəlləsində əcnəbilər tərəfindən son üç ildə iki dəfə miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdildikdə onların ölkəyə girişlərinə 5 il qadağa qoyulmasını nəzərdə tutan müddəa ləğv olunur: "Daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilərin sadəcə ərizə ilə (digər əlavə sənədləri təqdim etmədən) müvəqqəti yaşamaq icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəklər. Ölkədə olma, yaşama, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə inzibati məsuliyyətə cəlb olunmalarına səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt veriləcək".

Xidmət rəisi deyib ki, vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə barəsində kənara çıxarma haqqında qərar qəbul edilmiş əcnəbilər müvafiq sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda məhdudiyyət müddətinin bitməsini gözləmədən ölkəyə sərbəst gələ biləcəklər.

1news.az

 

Paylaş:
704

Son xəbərlər

Toyuna hazırlaşan qız faciəvi şəkildə öldüBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14
Bütün xəbərlər